«AzPolitika.info» Ukrayna KİV-nə istinadla xəbər verir ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın Prezidenti Pyotr Poroşenkoya yazdığı «açıq məkub»u dərc edib.
«Yeni qüvvələr birliyi» partiyasının lideri bu məktubda dövlət başçısını könüllü olaraq istefa verməyə çağırıb. O, Poroşenkonu ölkədə islahatlar aparmaqdan yayınmaqda və korrupsiyada günahlandırıb.
Bundan başqa, siyasətçi bildirib ki, ötən istirahət günləri Kiyein mərkəzində onun tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında baş vermiş toqquşma hakimiyyətin təşkil etdiyi provokasiyadır.
Bundan əvvəl, Ukrayna Prezidentinin mətbuat katibi bir əlyazmanın şəkilini «Feysbuk»da dərc edərək, Saakaşvilinin Poroşenkoya yazdığı şəxsi məktubu adlandırmışdı. Orada təsdiqlənir ki, məktubun müəllifi özünün siyasi səhvlərini etiraf edir.
Göründüyü kimi, Saakaşvilinin son addımı hakimiyyətin yalanlarnın ifşa olunmasına yönəlib.


Şərhlər