Menu

“Pensiya və müavinətlərin ödənişi bu ilin sonunadək həyata keçiriləcək” - Nazir

20.12.2017, 12:57
“Pensiya və müavinətlərin ödənişi bu ilin sonunadək həyata keçiriləcək” - Nazir

“Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək”.

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, proses qrafikə uyğun gedir.

“Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb. Bu proses yekunlaşır. Pensiyalar da qrafikə uyğun olaraq aparılır. İşğal altında olan rayonların və böyük şəhərlərdən sonra respublikanın digər şəhər və rayonlarında yaşayanların pensiyaçıların pensiyalarının ödənişi həyata keçiriləcək. Sonda hərbi qulluqçusu kimi xüsusi rütbəli şəxslərin pensiyaçılarının pensiyaları maliyyələşdiriləcək”, - deyə nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol