Menu

Belorus, Rusiya elektrikindən imtina etdi!

20.12.2017, 13:58
Belorus, Rusiya elektrikindən imtina etdi!

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Belorus Rusiyadan elektrik enerjisi idxalından imtina etmək qərarına gəlib. Bu barədə, Belorusun energetika naziri Vladimir Potupçik bəyan edib.

«Biz, Rusiya ilə danışıqları başa çatdırdıq. Rusiyanın bizə təklif etdiyi qiymətlərlə almayacağıq, bunu öz istehsalımızla əvəzləyəcəyik. 2018-ci ildən elektrik enerjisi idxalından imtina edirik» - deyə, nazir parlamentdəki çıxışında bəyan edib.

Bu zaman «İnter RAO» bildirib ki, iqtisadi səmərəli qaydada Belorusa elektrik enerjisi satmağa hazırdır.

Yanvar-iyun aylarında Belorus elektrik enerjisi idxalını ötən ilin analogi dövrü ilə müqayisədə 20,4 faiz azaldıb. Gələn ilin yanvarına qədər isə Rusiyadan 2,56 kVt/saat enerji alınması planlaşdırılır.

Energetika nazirinin müavini Mixail Mixadyuk isə bəyan edib ki, Belorus özünü elektriklə təmin emək gücündədir: «Amma bir sıra güclər 70-80-ci illərdə tiklib. Odur ki, bizim üçün xaricdən almaq, köhnə qurğularda istehsal etməkdən daha sərfəlidir».

Şərhlər

Mirzə AĞ 2017-12-20 13:58:23

Əhsən belə qəzetçiliyə!!! Daha mənim sözüm yoxdur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol