Menu

BMT Baş Məclisi «Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsini» pisləyib

20.12.2017, 14:44

bmt_tsh«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi (BMT BM) «Ukraynanın bir hissəsini işğal etdiyinə görə, Rusiyanı» pisləyib.

Bu barədə «Krımda insan haqlarının vəziyyəti haqqında» qətnamədə söhbət açılır.

Sənəddə qeyd olunur ki, Rusiya hökuməti Krım yarımadası üzərində qeyri-qanuni olaraq öz qanunlarını və özünün yurisdiksiyasını tətbiq edib.

Sənədin mətnini 30 ölkənin həmmüəllifliyi ilə Ukrayna nümayəndələri təklif ediblər. Qətnamə səs çoxluğu ilə qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol