Menu

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini bərpa edəcək

20.12.2017, 16:29
Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini bərpa edəcək

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini 2019-cu ilin yanvarında bərpa edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib.

O qeyd edib ki, bu qərar ABŞ-ın Türkiyə vətəndaşlarına 2019-cu ildən başlayaraq viza verilməsi ilə bağlı açıqlamasına cavab olaraq qəbul edilib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi bir müddət əvvəl 2019-cu ilin yanvarından Türkiyə vətəndaşlarına qeyri-immiqrasiya vizalarının verilməsinin bərpa olunacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol