Menu

Rusiyada hərbi təhsil alan azərbaycanlı kursant öldürüldü

21.12.2017, 11:06

qetl_qan_el_sekli_00Rusiyanın Mixaylovski Hərbi Artilleriya Akademiyasında təhsil alan Azərbaycan vətəndaşı olan kursant qətlə yetirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Sankt-Peterburq şəhərində baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşı olan və birinci kursda təhsil alan iki kursant akademiyanın çamaşırxanasında mübahisə ediblər.

Mübahisə zamanı onlardan biri üzərində gəzdirdiyi bıçaqdan istifadə edib və kurs yoldaşı olan Azərbaycan vətəndaşına zərbə endirib. Bıçaq zərbəsi kursantın ürək nahiyəsinə tuş gəldiyindən o, hadisə yerində ölüb.

Qətl hadisəsi törədən şəxs tutulub. O, hazırda polis bölməsində saxlanılır.

Həmin kursantların adları açıqlanmayıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

t.ədalət 2017-12-21 11:06:23

Qətli törədən rus kursanta heç nə etməyəcəklər.Onu da digər muzdlu döyüşçü kimi DQ-nin işğal edilmiş ərazisindəki erməni-rus qoşun birləşməsinə göndərəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol