Menu

Yüzlərlə silahlı "kadırovçu" Yamadayevlər ailəsinin evlərinə hücum edir

21.12.2017, 19:57
Yüzlərlə silahlı "kadırovçu" Yamadayevlər ailəsinin evlərinə hücum edir

Hazırda Qudermesdə əsl hərbi əməliyyat gedir.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, dörd yüz nəfər maskalı silahlı döyüşçü Yamadaevlərin böyük ailəsinin yaşadığı evləri hücumla götürməyə çalışırlar. Kamuflyajda olan silahlılar evlərə girir və hücumun səbəblərini izah etmədən insanları saxlayırlar.

Vəziyyətlə tanış mənbə "Rosbalt"a bildirib ki, silahlıların konkret hansı bölmələrdən olduğu bilinmir. Məlum olan yalnız odur ki, onlar Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun nəzarəti altındadırlar.

Mənbə onu da istisna etmir ki, tezliklə guya hansısa çevrilişin və ya ona bənzər planın hazırlandığı barədə məlumat yayıla bilər.

Mənbə həmçinin xatırladıb ki, yayda Çeçenistanda respublikanın başçısı Ramzan Kadırova qarşı guya sui-qəsd hazırlanması işi üzrə şübhəli hökm çıxarılmışdı. İttiham edilən 3 nəfər daha əvvəl İsa Yamadayevin əhatəsinə daxil olub.

Şərhlər

Müfəttiş 2017-12-21 19:57:42

Avtoritarların növbəti şoularından biridir. Əhalinin gözünü qorxutmaq üçün düşünülmüş tragik məzhəkə xarakterlidir.Bunun kimiləri millətin 90 faizini məhv edərlər, hakimiyyəti əldən verməzlər....

hərbi pensiyaçı 2017-12-21 19:57:42

Niyə R.Kadırovla bağlı olan hadisələr "guya" olur başqaları ilə bağlı olanda həqiqi?. Azpolitika xahiş edirəm neytral olun!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol