Menu

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

21.12.2017, 20:19

avropa_ittifaqi_000Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının məlumatında bildirilir.

Yanvarda başa çatacağı gözlənilən sanksiyaların müddəti 2018-ci ilin iyulun 31-dək uzadılıb.

Sanksiyaların müddətinin uzadılmasına səbəb Ukraynadakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmalarının tam həcmdə icra olunmaması göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol