Menu

Gədəbəydə 21 yaşlı gəlin dərmandan zəhərləndi

21.12.2017, 20:55

derman icmekGədəbəy rayonunda 21 yaşlı gəlin dərmandan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Nuranə Qədim qızı evlərində övladı üçün alınan sinir dərmanını səhvən su bilərək içib. Qadın təcili olaraq xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Xəstənin vəziyyəti kafi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol