Menu

Ermənistan ordusunda itkilərin sayı artıb

03.07.2014, 22:18
Ermənistan ordusunda itkilərin sayı artıb

Erməni ordusunda ölüm halları 30 faiz artıb. 2014-cü ilin 6 ayı ərzində Ermənistan ordusunda və Dağlıq Qarabağdakı işğalçı hərbi birləşmələrdə 23 erməni hərbi qulluqçusu həlak olub. Onlardan da yalnız 16-sı barədə rəsmi məlumat verilib. Ölüm hallarının 8-i Ermənistanın, 15-i isə separatçı Dağlıq Qarabağın ərazisində qeydə alınıb.

Musavat.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin açıqladığı hesabatda deyilir. Sənədə görə, göstərilən müddətdə 23 ölüm hallarından 11-i atəşkəs rejiminin pozulması nəticəsində baş verib.

Hüquq müdafiəçiləri rəqəmləri ötən ilki statistika ilə müqayisə edəndə məlum olub ki, bütöv 2013-cü il ərzində sərhəddə qurbanların sayı indikindən 5 nəfər az olub. Orduda isə 6 ayda 15 nəfər ölüb ki, bu da keçən illə müqayisədə ölüm hallarının 30 faiz artması deməkdir. Bəs, Azərbaycan da necədir və Ermənistanla müqayisədə hansı fərqlər var?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol