Menu

Qazaxıstan klubu UEFA reytinqində unikal rekord müəyyənləşdirib

22.12.2017, 00:50

A UEFA logo is seen with Geneva Lake andQazaxıstan "Astana"sı son 3 ildə UEFA-nın klub reytinqində 385 pillə irəliləyib.

"Report"un məlumatına görə, hazırda paytaxt təmsilçisi 67-ci pillədə qərarlaşıb.

Halbuki klub 3 il əvvəl 452-ci yerdə idi. "Astana"nın belə irəliləyişə nail olması Avropada yeni rekorddur. Qazaxıstan klubu ölkə tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına vəsiqəni təmin edib.

Qeyd edək ki, "Astana" növbəti mərhələdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək. Bu klub 2015-2016 mövsümündə Çempionlar Liqasının, 2016-2017 mövsümündə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol