Menu

Maliyyə Nazirliyinə 70 milyon manat lazımdır

22.12.2017, 11:23
Maliyyə Nazirliyinə 70 milyon manat lazımdır

26 dekabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Maliyyə Nazirliyi hərraca 70 milyon manatlıq istiqraz çıxardaraq, bu məbləğdə borc alacaqdır.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldəverilmişdir;

Dövlət istiqrazının növü Diskontlu,qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0104002636
Emissiya həcmi 70 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 364 gün
Ödəmə tarixi 25.12.2018
Anderrayter Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol