Menu

9 kiloqram narkotik müsadirə edildi - Əməliyyat

22.12.2017, 14:15
9 kiloqram narkotik müsadirə edildi - Əməliyyat

Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib. H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol