Menu

Filippində təbii fəlakət

24.12.2017, 00:29
Filippində təbii fəlakət

Filippində tüğyan edən tropik qasırğa nəticəsində baş verən daşqınlar əsl fıəlakətə səbəb olub.

Virtualaz.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, qasırğa nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. Daha 150 nəfər isə itkin düşmüş hesab edilir.

Həlak olanların əksəriyyəti ölkənin ən böyük adası Mindanaoda yerləşən Cənubi Lanao və Şimali Zamboanga əyalətlərinin sakinləridir.

Məlumata görə, ölkə ərazisində 44 min nəfər üçün nəzərdə tutulmuş 608 təxliyə mərkəzi yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol