Menu

“Türkiyə üçün Aİ-də yer yoxdur” - Avstriya kansleri

24.12.2017, 09:49
“Türkiyə üçün Aİ-də yer yoxdur” - Avstriya kansleri

“Ankaranın yürütdüyü siyasət fonunda Türkiyənin Avropa İttifaqına üzv olması mümkünsüzdür”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya kansleri Sebastyan Kurts “Bild am Sonntag” nəşrinə müsahibəsində bildirib.

Türkiyədə guya insan haqlarının pozulduğunu iddia edən kansler bu ölkənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını qeyd edib: “Hesab edirəm ki, son illər yürütdüyü siyasətə görə Türkiyə üçün Aİ-də yer yoxdur. Onunla üzvlüyə dair danışıqlara son qoymaq doğru addım olardı”.

Sebastyan Kurts həmçinin iddia edib ki, Avstriya, Almaniya və digər ölkələrdəki türk icmalarının yerli cəmiyyətlərə inteqrasiya olunmasının qarşısını almaq üçün Ankara onlara güclü təsir göstərməyə çalışır.

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Avstriyanın yeni hökumətinin proqramına etirazını bildirib. Proqrama əsasən, Vyana Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını bəyan edib.

Şərhlər

Müfəttiş 2017-12-24 09:49:12

Elə Ərdoğanın arzuladığı budur ki, Aİ və Turk ictimaiyyəti Avropa xəyallarından birdəfəlik əl çəksinlər. AKP, əbədi hakimiyyət statusu qazanaraq kefini çəksin.

Roma 2017-12-24 09:49:12

Ey avropa erdogana yer yoxdu amma qeyraman reşatedli turkiye xalqına ve devletne yer var

adim 2017-12-24 09:49:12

Erdoqan doqru yoldadi, bilende danisir bilneyende

Renad 2017-12-24 09:49:12

Men cenab erdogana rehmetlik heyder eliyevin söznü xatırladım rehmetlik bir rus palitoloqna demişdiki biz daha yagışdan cıxıb yagmura düşmerik künki ssri rusya ne ferqi var 20 yanvar ve xocalıda sizin eliniz qana bulaşıb biz daha özmüze en etibatlı terefdaş natonu sececeyik bunu ulu önder demişdi ey erdogan rusdan uzaq dur oların yaxşısına nelet qızları vasitesiyle neler etmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol