Menu

MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimi keçirilib - Prezident iştirak edib

24.12.2017, 10:25
MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimi keçirilib - Prezident iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına layihə barədə məlumat verib.

Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Sonda xatirə şəkli çəkdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol