Menu

İŞİD liderindən şeytani fitva - "Terror - Allahın dediyini etməkdir"

04.07.2014, 09:01
İŞİD liderindən şeytani fitva - "Terror - Allahın dediyini etməkdir"

“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi Ramazan ayı ilə bağlı açıqlama verib.

ANS-in məlumatına görə, İŞİD lideri internetdə yayılmış səs yazısında terrorçuluğu öyüb, milliyyətçilik, sülh, dinc yaşama, azadlıq, demokratiya, dünyəvilik və vətənpərvərlik kimi şüarları inkar edib.

O, bununla bağlı deyib: "Müsəlmanlar bu şüarlara tabe oldular, dinlərindən ayrıldılar, Allaha imanlarını tərk etdilər. Şərq və Qərb insanlarının uydurduğu qanunlara uyğun gələrək şirkə qaçdılar, onların davamçısı kimi, bu şüarları qürursuz və məqsədsiz bir şəkildə qışqıraraq mənfur və biabırçı bir halda yaşayırlar. Belə yaşamağa qarşı çıxanlarsa əziyyət gördü, hədəfə alındı, qovuldu, sonu ölüm oldu, həbs ya da terrorizm ittihamı ilə qorxunc şəkildə işgəncələr gördü".

Daha sonra əl-Bağdadi terrorun müsəlmanlar üçün azad həyat demək olduğunu vurğulayıb: “Terror - Allahın qanunları ilə hökm edilməyi seçməkdir. Terror - Allah nə əmr etmişsə, ona itaət etmək deməkdir. Terror - alçaldılmağı, boyun əyməyi və kafirlərə itaət etməyi rədd etməkdir. Terror - müsəlmanlar üçün bir müsəlman kimi izzətli, güclü və azad yaşamaqdır. Terror - hüquqlarına sahib çıxmaq və onlardan əsla imtina etməməkdir”.

Qeyd edək ki, İŞİD liderinin dedikləri müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdə buyurulanların əleyhinə çıxır. Qurani-Kərimə görə, cihad yalnız döyüş meydanında silahlı adamlara qarşı ola bilər. Həmçinin əsirləri, girovları, dinc əhalini, qadın və uşaqları öldürmək olmaz. İŞİD isə fəaliyyətində bütün bu yasaqlara qarşı çıxır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol