“Yoxsulluq, aclıq və iqtisadi problemlər bu gün hər kəsi narahat edir. Dünyamız narahat vəziyyətdədir. Yaxın Şərqdə baş verən proseslər, qaçqın və miqrant problemləri var”. Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Milli Məclis sədrinin birinci müavini bildirib ki, Azərbaycan da işğal faktoru ilə üzləşib.
“Neçə illərdir Azərbaycanın 20 faizi qonşu Ermənistan tərəfindən işğal olnub. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu gün Azərbaycanda dövlət insan kapitalının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan layihə ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir. Nəzərinizə çatdırım ki, Azərbaycanda 2003-2005, 2008-2015-ci illərə dair yoxsulluğun aradan qalıdırması və davamlı inkişaf proqramları qəbul edilib. Bu yaxınlarda biz “İşsizlikdən sığorta haqqında” qanun qəbul etdik. Hesab edirəm ki, bu çox yaxşı qanun layihəsidir”.
Z.Əsgərov bildirib ki, gələcəkdə dünyanın 2/3-nin içməli su ilə bağlı problemi olacaq.
“Bu məsələ bütün dünyanı və BMT-ni narahat edir. Bu probeləmlər həll oluna bilər. Amma bu məsələdə dövlətlər bir araya gələ biləcəklərmi? Dövlətlər yaxşı bəyanatlar verirlər. Xüsusilə də inkişaf etmiş ölkələr. Bəzi ölkələrin sözü ilə əməli uyğun gəlirmi? Doğurdan da dünyanın inkişaf etmiş ölkələri bir nöqtəyə vursa, bu məsələlər həll oluna bilər”.
“Konkret Azərbaycana gəldikdə dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində xeyli işlər görülür.15 il bundan əvvəl işsizliyin səvviyyəsi hardaydı, indisə harda. Hazırda Azərbaycanda işsizliyin səvviyyəsi 5-6 faizə çatıb. Biz çalışırıq ki, insanlar işlə təmin olunsun, yoxsulluğun səviyyəsi aşağı düşsün. Azərbaycan qarşıya qoyulmuş məqsədlərə çatmaqda dəstək verməkdə davam edəcək. İndiyə qədər bu sahədə xeyli qanunlar qəbul etmişik. Əgər lazım olsa, yenə də Milli Məclis bu işə öz töhfəsini verəcək” – deyə, Z.Əsgərov bildirib.


Şərhlər
Heç özünde bilmirsen ne danışırsan.Elini qurana bas ki,5-6 faizdi işsizlik
A kişi düz deyirsen 15il bunnan evvel rusyanın yolunu cooox az adam tanıyırdı indi o qeder işsiz ordusu yaratdız ki indi ne poyezde ne samalyota yer yoxdu hamı ora agışır ailesini saxlamaq ücün ayıbdı hec olmasa danışma rusyanın şotna ehalinin 70 faiz yaşayır
Ay Ziyafət müəllim 150 200 manat maaş alan azərbaycanlı ele işsiz deyil? Allah sizi güldürsün
15il bunnan qabax hat sey yaxsiydi hec olmasa insaniyatlik variydi.
Cox hörmetli ziyafet eskerov eli hesenov ve novruz memmedovla beraber bu yalanları hardan örgenib danışırsız danış işim yoxdu amma gedin uşaq baxcalarında danışın
....deyesen pul gezlerivi baqlayib axi hec senin azerbayjannan xeberin yoxdu. Ay yalanci. Utanmirsuz hecneden. Gorxmursuz hecneden. Hec allahdan gorxmursan yalan danishirsan .
yalan ...
Bu adam gözünü yumub, arzu edilənləri fakt kimi göstərməklə nə demək istəyir.AZərbaycanda işsizlik səviyyəsi 50 faizi ötüb,bu cəfəngiyat danışır.Ona tövsiyyə edirəm ki.günün iş vaxtı şəhərdəki çayxanalara,kompüter salonlarına,təşrif buyursun.boşboş şəhərdə veyillənən gəncləri seyr etsin gənclərin işsiz qaldığının şahidi olsun.Sonra evdə iş lmaması üzündən işsiz oturan qadınların,qızların sayından xəbəri olsun,İşsiz qalmış yaşlı (35-55 yaşlı ) işsizlərin sayını öyrənsin.Yalnız bundan sonra çıxış etsin !