Menu

Etibar Məmmədov prezident seçkilərində iştirakdan imtina etdi

25.12.2017, 20:51
Etibar Məmmədov prezident seçkilərində iştirakdan imtina etdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.

Bu barədə modern.az-a E.Məmmədov özü məlumat verib.

AMİP-in fəxri lideri partiyadakı mövcud vəziyyət barədə isə danışmaq istəməyib: “Partiyanın işlərinə baxan vəzifəli şəxslər var. Partiyadakı yeniliklərdən onlar danışsa, daha yaxşı olar”.

E.Məmmədov şəxsi tikinti biznesinin olması barədə deyilənlərə münasibət bildirməkdən də yayınıb: “Biznes sözünün tərcüməsi iş deməkdir. Deməli, insanların hamısı bir işlə məşğul olmalıdır. Rəsmi işim, vəzifəm yoxdur. Amma özümü işsiz də qoymuram. Kimlərsə deyirsə ki, mənim tikinti biznesim var, qoy desinlər...”.

Şərhlər

t.ədalət 2017-12-25 20:51:21

E.Məmmədov ən ağıllı addım atdı.Bu gün ölkə prezidenti olmaq çox çətin və məsuliyyətli vəzifədir.Elə liderlər var ki,təəssüf ki onlar bu vəzifəyə seçilmək üçün dəridən-qabıqdan çıxırlar.Halbuki,hakimiyyət eşalonuna daxil olmaq üçün ölkə iqtisadiyyatını dərindən öyrənmək,böyük təcrübə qazanmaq lazımdır.Küçə fiti çala-çala hakimiyyətə gəlmək istəyənlər,əsasən məsuliyyətsiz adamlardır.Kimsə sovet dönəmində DTK casusu olub,yaxud da bir-iki il sovxoz direktoru işləyib indi çıxıb ortaya hakimiyyətdən danışır.

Bəhram Qarabağlı 2017-12-25 20:51:21

Məncə, Milli İstiqlal lideri E.Məmmədov mərhum Prezident Ə.Elçibəyi Kələkiyə göndərəndən iqtisadi müstəqilliyin "kosmik xəyal"a və siyasi demokratiyanın bazarlıq almasına çevrildiyini görüb, geriyə çəkilib.

Abit 2017-12-25 20:51:21

Bilir ki 22 ses alacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol