Menu

“Qalatasaray”la “Fənərbağça”nın ortaq hədəfi - FOTO

27.12.2017, 23:02
“Qalatasaray”la “Fənərbağça”nın ortaq hədəfi - FOTO

İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalxanoğlu karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədi.

İtaliya klubu Almaniya “Bayer”indən 22 milyon avroya transfer etdiyi oyunçudan narazıdı. Bu üzdən də milanlılar Türkiyə yığmasının futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. İstanbul klubları da bu imkandan yararlanıb. Nəticədə Hakan hər iki komandanın hədəfindədi.

Qeyd edək ki, Hakan cari mövsümdə “Milan”da keçirdiyi 20 oyunda 2 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol