Menu

Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb

28.12.2017, 00:22
Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb

Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.

Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Hadisə nəticəsində 9 nəfər xəstəxanalara yerləşdirilib, ölən yoxdur.

Qeyd edək ki, bu axşam Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol