Menu

Mansur İbayevin oğlu prokuror təyin edildi

28.12.2017, 13:52
Mansur İbayevin oğlu prokuror təyin edildi

Bakının Nizami rayonuna yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Pərviz İbayev tanınmış hakim Mansur İbayevin oğludur.

Xatırladaq ki, Nizami rayon prokuroru olmuş Aqşin Ziyadov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Ədliyyə Nazirliyində yeni yaradılmış - Probasiya Xidmətinə rəis təyin edilib.

Şərhlər

Vətəndaş 2017-12-28 13:52:24

Əla təyinatlardır.Vəzifədə olan ataların,deputatların evladlarına dal-ba-dal vəzifə verilir.Amma sadə vətəndaşların diplomlu evladlarl işsizlikdən diplomu kənara atıb,bazarlarda kartof satmağa məcburdurlar.Bunu düşünənlər varmı?
Universitetlərə planlı şəkildə qəbul olmalı və universiteti bitirən gənclər son kursda iş yerlərinə təyinatla təmin olunmalıdırlar.Bu normal təhsil almaqla bərabər gənclərdə məsuliyyət hissi yaradar.Eyni zamanda təhsil möhtəkirlərinin bazarına təsir edər.Bunu anlamaq vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol