Menu

Neftçalada intihara cəhd

28.12.2017, 17:19
Neftçalada intihara cəhd

Neftçala sakini intihara cəhd edib. “Report”un Aran bürosu xəbər verir ki, əslən Quba rayonundan olan və Neftçalanın Həsənəbad qəsəbəsində yaşayan, 42 yaşlı Elşən Gülbaba oğlu Orucov özünü yandıraraq intihara cəhd edib.

Yaxındakı adamlar tərəfindən alov söndürələrək yaralı Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol