Menu

"Milan"ın sabiq baş məşqçisi "Sevilya"ya rəhbərlik edəcək

28.12.2017, 23:20

montellaİtaliyann "Milan" klubunun keçmiş baş məşqçisi Vinçentso Montella İspaniya "Sevilya"sını çalışdıracaq.

“Report” xəbər verir ki, bu barədə İspaniya komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər 2019-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqaviləyə dair prinsipial razılaşma əldə ediblər.

Montella ictimaiyyətə rəsmi olaraq 30 dekabr tarixində təqdim olunacaq, ardınca isə komanda ilə ilk məşqini keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol