Menu

Milli Şuranın sessiyası nə vaxt keçiriləcək?

04.07.2014, 15:30
Milli Şuranın sessiyası nə vaxt keçiriləcək?

“Milli Şuranın sessiyasının keçiriləcəyi tarix növbəti Koordinasiya Mərkəzinin iclasında müəyyənləşdiriləcək”.

Bunu aznews.az-a açıqlamasında Milli Şuranın İcra Aparatının üzvü Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, hazırda sessiyada müzakirəyə çıxarılacaq sənədlərin hazırlanması istiqamətində işlər gedir: “Milli Şuranın Koordinasıya Mərkəzinin sonuncu iclasında sessiyanın keçirilməsi müzakirə olundu. Şuraya müraciətlər var və hazırda onlara baxılır. İlk olaraq, bu işlərin müzakirəsinin yekunlaşmasını gözləyirik. Çox güman ki, sessiya iyulun sonuncu ongünlüyündə keçiriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol