Menu

Bayram günlərində avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

29.12.2017, 15:05
Bayram günlərində avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib. Bu barədə “Report”a BNA-nın sektor müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, BNA-nın göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31 dekabr-2 yanvar tarixlərində saat 01:00-ə qədər xidmət göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol