Menu

DİN tanınmış prodüserə cinayət işi açdı: qadınları Türkiyəyə aparıb, satırmış...

30.12.2017, 12:53
DİN tanınmış prodüserə cinayət işi açdı: qadınları Türkiyəyə aparıb, satırmış...

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.Lent.az-ın əldə etdiyi məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Lent.az-ın əməkdaşı T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərə cavab verməyib.

Şərhlər

G.M 2017-12-30 12:53:00

Caaaaaaaaaaaaaaaaaaaaaaaann..belə getsə efirlərdə ``seyrəklik`` olacaq.təranələrin mikrob kimi cəmiyətə yoluxması prosesi dayandırıla bilməz...necə ki,...

Ruhi 2017-12-30 12:53:00

Inaniram olar.Ozel TV ler doludur onlardan.Ozel TV ledeki mehsur ... da coxu bu isle mesguldur.Ekspert qisminde devet etdikleri qadinlarin da coxu o isle mesguldur. Uzlerinden qoyma dodaqlarindan qoyma qaslarindan, kesik burunlarindan uzaqdan cagitirlar.Efirler ... olub

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol