Menu

Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb

30.12.2017, 21:00
Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) Sankt-Peterburqdakı mağazalardan birində partlayış törətmiş şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə FTB-yə istinadən RİA "Novosti" məlumat yayıb.

"Rusiya FTB tərəfindən 30 dekabr 2017-ci il tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı dekabrın 27-də Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasının ticarət zalında törədilmiş partlayışın bilavasitə təşkilatçı və icraçısı saxlanılıb", — deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol