Menu

Aslan İsmayılovun məhkəməsi oldu

04.07.2014, 19:02
Aslan İsmayılovun məhkəməsi oldu

Bu gün Bakı Apelyasiya Məhkəməsində Aslan İsmayılovun vəkillikdən xaric edilməsi ilə bağlı verilmiş apelyasiya şikayətinə baxılıb.Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən prosesdə Aslan İsmayılovun hüquqlarını müdafiə edən vəkil Rövşən Şirəliyev apelyasiya şikayətinin təmin edilməsini xahiş edib.

O, çıxışında Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr, 2012-ci il tarixli qərarının ləğv, Vəkillər Kollegiyasının tələbinin isə rədd edilməsini istəyib.

Aslan İsmayılov çıxışında bildirib ki, bütün bu baş verənlər onun ictimai mövqeyi ilə bağlıdır.

Məhkəmənin qərarı iyulun 7-də açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol