Menu

“Azərbaycan və Ermənistan prezidentləri iyul ayının sonunda görüşəcəklər”

04.07.2014, 18:26
“Azərbaycan və Ermənistan prezidentləri iyul ayının sonunda görüşəcəklər”

“Böyük ehtimalla, Azərbaycan və Ermənistan prezidentləri iyul ayının sonunda görüşəcəklər”. Bu haqda ABŞ Dövlət Departamentinin katibi Cen Psaki ötən gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən deyib.

“Biz ümüd edirik ki, Ermənistan və Azərbaycanın dövlət başçıları tezliklə Fransa prezidenti Fransua Ollandın Fransada keçiriləcək sammitə dəvətini qəbul edəcəklər və sülh razılaşması ilə nəticələnəcək konstruktiv danışıqların keçirilməsinə razılıq verəcəklər”. Ermənistanın “Joxovurd” nəşri bu barədə yazır.

Lakin nəşr qeyd edir ki, görüşün həqiqətən də reallaşacağı haqqında dəqiq informasiya yoxdur. Erməni nəşri bu məsələni Ermənistan rəhbərliyindən dəqiqləşdirməyə çalışsa da, dəqiq informasiya almaq mümkün olmayıb.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol