Menu

İndoneziya sahillərində qayıq qəzaya uğrayıb, ölənlər və itkin düşənlər var

02.01.2018, 00:36
İndoneziya sahillərində qayıq qəzaya uğrayıb, ölənlər və itkin düşənlər var

İndoneziyanın Borneo adası sahillərində 45 sərnişinin olduğu mühərrikli qayığın aşması nəticəsində azı 8 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində onlarla insan itkin düşüb. Yerli xilasetmə xidmətinin nümayənədəsi bildirib ki, "Anugrah Express" qayığı üzən tirlə toqquşub və batıb.

"Səkkiz nəfər ölüb. Onlarla itkinin axtarışı və xilasetmə əməliyyatı aparılır", - deyə xilasetmə xidmətinin əməkdaşı agentliyə bildirib.

Agentliyin məlumatına görə, qayığın sərnişinləri arasında 6 uşaq var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol