«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Kats İrandakı nümayişçilərə «azadlıq və demokratiya uğrunda mübarizədə» qələbə arzulayıb və qeyd edib ki, onun ölkəsi İranın daxili işlərinə qarışmır.
İranın böyük şəhərlərində (Tehran, Məşhəd, İsfahan, Rəşt və s.) dekabrın 28-dən başlayaraq, kütləvi sosial etiraz aksiyaları keçirilir. Hakimiyyət dairələri bundan əvvəl xəbər verib ki, Dorud şəhərində nümayişlərin gedişində 2 nəfər həlak olub. Xəbərdə qeyd olunub ki, «təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb». Bundan sonra KİV-lər həlak olanların sayının 20 nəfərə çatdığını xəbər verib.
«Mən deyirəm ki, biz, bu işlərə qarışmırıq, amma İran xalqına səmimi qəlbdən azadlıq və demokratiya uğrunda qələbə arzulayıram» - deyə, Kats «Qaly TSAXAL» radiostansiyasının efirindən bəyan elib.
Onun sözlərinə görə, əgər İran xalqı azadlıq və demokratiya əldə edərsə, İsrail və bölgə üçün bir çox təhlükələr yox olar.
Nazir qeyd edib ki, İsrail dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalır və bu səbəbdən də İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Tramp kimi etiraz aksiyalarının davam etdirilməsinə açıq çağırışlar etmir.


Şərhlər