Menu

“Unibank”ın rəhbəri Malta vətəndaşlığı alıb

03.01.2018, 10:00
“Unibank”ın rəhbəri Malta vətəndaşlığı alıb

“Unibank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Eldar Qəribov Malta vətəndaşlığı alıb.

“Report” bu barədə Malta mətbuatına istinadən xəbər verir.

Məlumata görə, azərbaycanlı bankirə vətəndaşlıq 2016-cı ildə, fərdi investisiya proqramı çərçivəsində verilib.

Şərhlər

dadaşyev 2018-01-03 10:00:45

Əslində bu o qədər təəccüblü deyil.Çünki görür heç bir işin perspektivi yoxdu buralarda.Sabah birdən bankrot olsa və bu dərddən xəstələnsə,artıq əmindir ki,Maltaya gedib oranın icbari tibbi sığortasıyla pulsuz-parasız müalicə oluna biləcək.Nağarsın?Burada tibbi sığorta yoxdu axı.Bir Yevlax-Ağdaş cıvarındadı,onun da nəticəsini səbirsizliklə gözləyirlər ki,görsünlər vətəndaşların sağlamlığı qayğısına qalmaq cibə çox ziyan vurmur ki.Məni maraqlandıran odur ki,pulluların saçı az olur axı bizdə.Bunda niyə çoxdu?

dadaşyev 2018-01-03 10:00:45

Fərdi investisiya proqramı nə deməkdir?Bu nə dumanlı cümlədir?Malta ada dövləti vətəndaşlığını pulla satan ölkələrdəndir.Bu ölkənin vətəndaşı olmaq üçün o adada 880 min avro,yəni 1 milyon dollar verib daşınmaz əmlak alırsan,vəssalam,o saat sənə o villanın kupçasıyla birlikdə Malta vətəndaşlığı da verirlər.Üç gün tez,beş gün gec.Amma bankir işini ustaca tutub bir ayağını qaçaraqda niyə qoyub?Pis odur ki,onun indi bank pulları da Maltanın xəzinəsinə aid olmuş olur.Bura yaxşıymışsa pullular niyə gedir?

hərbi pensiyaçı İBRAHİMOV RASİM ZAKİR 2018-01-03 10:00:45

Əladır! Azərbaycan vətəndaşlarını yaxşı taladığı üçün! 600 manatlıq kartı bağlamaq üçün 868 manat ödədim. haradasa 45% üstünə gəldi.üstlik ödəniş haqqında arayış almaq üçün də 10 manat ödədim, baxmayaraq ki, həmin müqavilə üzrə xidmət haqqı kredit veriləndə tutulub. hal-hazırda 800 dollarlıq kartdan 1205 manat ödəmişəm 697 manat da qalıq qalıb. cəmi eləyir 1902 manat . indiki kursla bu eləyir 1120 dollar. təxminən 320 dollar üstünə gəlib. təxminən ilkin məbləğin 40%-i.ödənilib qurtarana qədər əlavə faiz-

hərbi pensiyaçı İBRAHİMOV RASİM ZAKİR 2018-01-03 10:00:45

lərdə olacaq. Mən indi cənab Malta vətəndaşı Eldar Qəribovdan soruşuram: SİZ ƏDALIƏTSİZLİKLƏ ƏDALƏTİ NECƏ BƏRPA EDİRSİNİZ?BU SOYĞUNÇU BANK FAİZLƏRİNİ BURADA ÖYRƏNMİSİNİZ YA MALTADA? XAHİŞ EDİRƏM MÜMÜKÜNSƏ CAVAB VERİN! TEL: 051-615-57-88

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol