«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistanın xarici işlər naziri Hoca Mohəmməd Asif bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın İslamabada maliyyə yardımı barədə səsləndirdiyi fikiri «əhəmiyyətsiz»dir və bildirib ki, Pakistan hakimiyyəti artıq ABŞ-la əməkdaşlığın genişləndirilməsindən imtina edib.
Pakistan XİN başçısı hesab edir ki, Trampın Pakistana «hücuma keçməsi» ABŞ-ın Əfqanıstandakı uğursuzluğu ilə bağlıdır - Tramp bundan çox məyus olub. Nazir, ABŞ-ın Əfqanıstanda hərbi iştirakına qarşı olduğunu bildirib və qeyd edib ki, problemin həlli yalnız «sülh yolu ilə mümkündür».
«Biz, aprtıq ABŞ-a bildirmişik ki, onlar üçün heç nə etməyəcəyik. Odur ki, Tapmın «Bundan sonra olmayacaq» -bəyanatı «heç bir əhəmiyyət kəsb etmir»... Pakistan ABŞ-dan almış olduğu maliyyə köməyinin ətraflı hesabatını ortaya qoymağa hazırdır» - deyə, nazir telkanala verdiyi müsahibədə bəyan edib.


Şərhlər
Əgər dövlətlər üçün "mərd" ifadəsi demək mümkünsə bu söz ilk növbədə Pakistana aiddir.Sovet dağılanda Yeltsinin hədələrinə baxmayaraq bizi Türkiyədən sonra Pakistan tanıdı,bunu görən Rumıniya da bizi tanıyandan sonra artıq dünya dövlətləri sıraya düzüldü.Qarabağı işğal edib deyə indiyə qədər də ermənistanı bir dövlət kimi tanımayan yeganə dövlətdir.Aprel döyüşlərində isə yeganə dövlət oldu ki,bizə açıqca əsgəri hərbi yardım etməyə hər an hazır olduğunu bütün dünyaya elan etdi.Halal olsun.Mərd dövlətdir.
Sovetlər İndo-Kitayda Amerikaya pazını vurdu yola saldı. Amerikalılar o pazı Sovetlərə Əfqanıstanda qaytardılar. İndi isə Sovetin xələfi-Rusiya həmin pazı yenə də Əfqanıstanda Amerikaya qaytarmağa cəhd edir. Bu pazların ötürülməsi zamanı isə qırılanla bədbəxt müsəlmanlardırlar.