Menu

Cəlilabadda piyadanı maşın vuraraq öldürüb

03.01.2018, 21:18
Cəlilabadda piyadanı maşın vuraraq öldürüb

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Göytəpə şəhər sakini Bayramov Teymur Seyfi oğlu yolu keçən zaman onu avtomobil vurub.

Zərərçəkmiş hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol