Menu

Cahangir Hacıyev MTN nazirinə məktub yazdı

04.07.2014, 20:18
Cahangir Hacıyev MTN nazirinə məktub yazdı

Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb. “Qafqazinfo” xəbər verir ki, C.Hacıyev məktubda MTN əməkdaşlarının keçirdiyi əməliyyata görə E.Mahmudova təşəkkür edib. “Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu ilin iyun ayında keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sistemlərinə qanunsuz daxil olmaq yolu ilə Azərbaycan Beynəlxalq Bankının müştərilərinin hesablarından pul vəsaitlərini ələ keçmiş şəxslər müəyyən edilərək zərərsizləşdiriblər.

Əməliyyatın qısa müddətdə hazırlanıb keçirilməsi, cinayətkar qrupun bütün üzvlərinin ifşa olunub tutulması və onların hər birinin cinayətdə rolunun, iştirakçılıq dərəcəsinin təfsilatı ilə müəyyən olunması Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının yüksək peşəkarlığını, böyük təcrübə və bacarığa malik olduqlarını bir daha nümayış etdirib.

Gələcəkdə də hər hansı bir qanunsuzluğun qarşısının qətiyyətlə alınacağına əminlik yaradan belə şərəfli və səmərəli fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz Nazirliyin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk” – deyə, C.Hacıyevin məktubunda bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol