Bakıda yol polisi əməkdaşı piyadanı avtomobillə vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yeni il ərəfəsində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşınla, vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü - polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar yayılıb. Həmin məlumatda iddia olunur ki, “Toyota Prado”nun sürücüsünün bu əməli, Nərimanov Rayon Polis idarəsi tərəfindən ört-basdır olunur və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir: “Bakı Şəhər Baş Polis İdarəsi olaraq bildirik ki, məlumatlar həqiqətə uyğun deyil. Dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında yerləşən “Ruslan” marketin qarşısında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi “Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nətcədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir".


Şərhlər
Bu hadisede o serjantin hech bir gunahi yoxdur. Gunah konkret olaraq qadinda olub. Orada ne piyada kechidi var, ne yolustu kechid.. Qadagan olunan yerden qadin yolu kechib ve vurulub. Agilsizligi ucbatindan bir oglani bedbext edib.F.x.xoyski kuchesinde korpuden kechen kimi bir avtobus dayanacagi var. Hami orada dushur ve bashlayir yolu kechmeye. Defelerle orada hadiseler olub. Hesab edirem ki, o dayanacagi oradan yigishdirmaq lazimdir.
O bedbext surucuy ne mesuliyyetde celb olunmali, ne de orqandan xaric olunmalidir. Neye gore kiminse mesuliyyetsizliyine gore bashqasi menevi ezab chekmelidir? Ne zaman a qeder bu yolu kechmeye oyrene bilmeyen "qoyun surusune" gore gunahsiz suruculer cavab verecek? Ve olenlerin qohum-eqrabasi bele gunahi olmayan suruculere telebler qoymaqla, pul-para qopartmaqla "ag gune " chixacaq?
Men deqiq bilirem. Hadise bash verenden derhal sonra, meyit morqa aparilib ve surucunun butun dostlari, yaxinlari, tanishi orada idi.. Kim terefinden vurulub, hi mashin vurub, deqiqliyi ile bilinirdi. Hadiseden hech yarim saat kechmemishdi.. Insanlar bildi, bilmedi, shishirdirler. O serjant ne qohumum deyil, ne tanimiram.O nece qachib, gizlenib ki, hadise bash verdikden derhal sonra hami her sheyi bilirdi. ?!Her gun o yoldan kechirem- her gun eyni menzere. Avtobuslar saxlayir ve insanlar tullanir yola.
dernegul tassinda uzu wehere teref gelende,koroglu metrosunun yani,bir yerustu asmali kecid tiksinler,menim uregim agriyir o yolu kecmek isteyen insanlari gorende,hecne yoxdur cox tehlukelidir
Bu həlimə kimdirsə yaman əl qatıb özünə!!
O Polis o biri gərdəşləri tərəfindən qorunmalıdır da. Çünkü onlar Hakimiyyətin süngüsü və dayağıdır, başqa cür də ola bilməz axı.
Ay HELIME, polis qacibeeeeeeeeeeeeeeee