Menu

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

05.01.2018, 00:32
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib.

"Report"un "RT"ə istinadən məlumatına görə, bu barədə nazirliyin bəyanatında bildirilir.

Qeyd edilir ki, İran üzrə sanksiya siyahısına 3 fiziki şəxs və 5 təşkilat daxil edilib.

Daha əvvəl Dövlət Departamentində bildirilib ki, ABŞ İran rəhbərliyinin kütləvi etirazlarda iştirak edənlərə qarşı addımlarına görə, bu ölkə əleyhinə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol