Menu

Saakaşvili haqda həbs qərarı

05.01.2018, 12:00
Saakaşvili haqda həbs qərarı

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, sonradan bu ölkənin vətəndaşlığından çıxarılan və hazırda Ukraynada yaşayan Mixeil Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, sabiq dövlət başçısı ilə bağlı qərar hakim Georgi Arevadzenin sədrliyi ilə baxılan prosesin sonunda elan olunub.

M.Saakşvili bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.

İttiham aktına görə, M.Saakaşvili Konstitusiya Təhlükəsizliyi İdarəsinin o vaxtkı rəisi Date Axalya ilə qanunsuz əlaqəyə girərək, bankirin qətlinə görə mühakimə olunanların vaxtından əvvəl azad edilməsinə hüququ əsas hazırlayıb və həmin şəxslər şərti cəza almaqla azadlığa buraxılıblar.

Keçmiş prezident ölkə Cinayət Məcəlləsinin səlahiyyətdən sui-istifadə maddəsi üzrə ittiham olunub və qiyabi olaraq mühakimə edilib.

Şərhlər

Bashirov Qarib 2018-01-05 12:00:10

Ittiham ,o qeder guluncdir ki... Guya olke prezidenti oz huququndan istifade edib, onlari evf ede bilmezmish.Adam , on il Gurcustanda prezident olub, kishi kimi haram yemeyib, ogurlamayib. Indi bir shey tapa bilmirler , qorxurlar ki, birden qayidar.

dadaşyev 2018-01-05 12:00:10

Buna heç o hakimin özü də inanmır heç şübhəsiz.Sadəcə,adamın son dərəcə ağıllı olduğundan qorxurlar.Rusiya birbaşa hücum edib iki muxtar vilayətini işğal etsə də və indiyə qədər də işğal altında saxlasa da adam necə dahidir ki,Gürcüstanı düzəltdi, demokratik ölkələr səviyyəsinə çıxardı,rüşvətin kökünü qazıdı,millətə tibbi sığorta verdi,ölkəni dünya turizminin ilk onluğuna sala bildi,maaş və pensiyaları da təxminən bizim maaş və pensiyalar qədər,nefti=qazı olmaya-olmaya.Əsl idarəçidir yəni,ona görə qorxurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol