Menu

100 metrə yaxın telefon kabeli oğurlayan şəxs saxlanılıb

06.01.2018, 14:15
100 metrə yaxın telefon kabeli oğurlayan şəxs saxlanılıb

Yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol