«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Qazaxıstan Respublikasının (QR) Prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Avrasiya İqtisadi İttifaqının (AAİİ) yaradılmasının SSRİ-nin «bərpası» ilə heç bir əlaqəsi yoxdur.
Prezident bu fikiri «Müstəqillik dövrü» adlı kitabında yazıb. Kitab tarixi publisistika və Qazaxıstanın ən yeni tarixinə və gələcəyinə müəllif baxışı janrında qələmə alınıb. Əsər dünən Nazarbayevin şəxsi saytında dərc olunub.
«O ki qaldı irrasional qorxu altına düşmüşlərə, mən onlara hələ 2011-ci ilin oktyabrında cavab vermişəm: SSRİ-nin heç bir «restavrasiya»sı və ya «reinkarnasiya»sı yoxdur və olmayacaq. Bu, yalnız keçmişlərin qalığı, uydurması və möhtəkirliyidir» - deyə, Prezident qeyd edib. Onun fikrincə, «soyuq müharibə»nin bu stereotipini aradan götürmək lazımdır, çünki onlar gələcəyə baxmağa mane olurlar.
Nazarbayev həm də diqqəti AAİİ və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın əhəmiyyətli potensialına yönəldib.
«Məhz buna görə də 2016-cı ilin aprelində mən, AAİİ və Aİ arasında birbaşa dialoq təşəbbüsünü irəli sürdüm. Mən, Avrasiya inteqrasiya proseslərinə aid doğru-dürüst informasiyanı dünya elitasının diqqətinə çatdırmaq üçün hər cür imkandan istifadə etdim» - Prezident qeyd edib.
Nazarbayevin sözlərinə görə, 2016-cı ilin martında Vaşinqtonda «ABŞ xadimləri» ilə görüşdə o, izah edib ki, AAİİ - «istisnasız olaraq, iqtisadi birlikdir».

Şərhlər
SSRİ-nin bərpası sizə xeyir çıxartmaz.Onun dağilması ilə külli sərvət və hüdudsuz səlahiyyət əldə etmisiniz .Heç imkan verərsinizmi ki, nə vaxtsa etdiklərinizə görə sizi də məhşərə çəksinlər?.....
Bes onda niye hakimyeti tehvil vermirsen ele üzun ömürlük hakimyet ssri kimi bir şeydi ay putinin şapalax vuranı