Menu

Koutinyo “Barselona” tarixinin ən bahalı futbolçusu olub

07.01.2018, 15:06
Koutinyo “Barselona” tarixinin ən bahalı futbolçusu olub

“Liverpul”dan “Barselona”ya keçidi rəsmiləşən Filipe Koutinyo Kataloniya klubu tarixinin ən bahalı transferi olub.

Qol.az-ın xəbərinə görə, transferin qiyməti ilə bağlı rəsmi açıqlama verilməsi də, İspaniya və İngiltərənin nüfuzlu nəşrləri “Barselona”nın “Liverpul”a ən azı 150 milyon avro təzminat ödədiyini yazıb. Beləliklə, 25 yaşlı braziliyalı yarımmüdafiəçi kataloniyalıların bu günədək aldığı ən bahalı futbolçu olub.

Qeyd edək ki, klub tarixində indiyədək ən bahalı transfer “Borussiya”dan (Dortmund) 105 milyon avroa alınan Usman Dembele idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol