Menu

Əfqanıstanda 9 "Taliban" döyüşçüsü öldürülüb

07.01.2018, 15:25
Əfqanıstanda 9 "Taliban" döyüşçüsü öldürülüb

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Gilmənd vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində "Taliban" radikal qruplaşmasının 9 döyüşçüsü öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin bəyanatında məlumat verilib.

Məlumatda qeyd edilir ki, əməliyyat zamanı daha 18 silahlı yaralanıb.

Həmçinin bildirilir ki, "Taliban" qruplaşmasının 3 səhra komandiri tutulub. Bununla yanaşı, silah və partlayıcı qurğular ələ keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol