Menu

Rusiyada atılmış uşaqlara aylıq 300 manat pensiya təyin olundu 

07.01.2018, 18:36

500-Russian-RublesBu ildən başlayaraq Rusiyada atılmış və valideynləri məlum olmayan uşaqlar 18 yaşları tamam olana qədər dövlətdən aylıq 10068 rubl (təxminən 300 manat) pensiya alacaqlar.

Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, bu vaxta qədər Rusiyada qəyyumunu itirdiyinə görə pensiya yalnız yetim uşaqlar üçün nəzərdə tutulmuşdu. Atılmış və valideynləri naməlum uşaqlar isə bu hüquqdan məhrum idilər, çünki hüquqi nöqteyi-nəzərdən, onların itirə biləcəkləri qəyyumu yox idi.

Yeni pensiya növü valideynləri məlum olmayan, habelə doğum evində anaları tərəfindən atılmış uşaqlara şamil ediləcək. Əgər uşaq 18 yaşı tamam olduğu vaxt əyani olaraq ali məktəbdə təhsil alacaqsa, bu pensiya onun 23 yaşı tamam olana kimi ödəniləcək.

Şərhlər

t.ədalət 2018-01-07 18:36:00

Rusiya belə pensiyalar verməyə məcburdur.Bu ölkədə təsadüfi cinsi əlaqədən hamilə qalan qadınlar çoxdur.Sovet dövründə də ən böyük imtiyazlar "mat odinoçka"lara verilirdi. Rus dövləti bununla dünyada yayılmış ən təhlükəli əxlaqsızlığın--lesbiyanlığın qarşısını alır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol