Menu

Sementin qiyməti qalxıb - Mənzillər bahalaşacaq

08.01.2018, 11:15
Sementin qiyməti qalxıb - Mənzillər bahalaşacaq

Tikinti sektorundan adının açıqlanmasını istəməyən mənbə bildirib ki, inşaatın əsas materiallarından biri olan sementin qiyməti yüksəlib.

Mənbənin sözlərinə görə, sement bahalaşdığı üçün bir sıra tikinti şirkətləri mənzillərin kvadrat metrinin qiymətini təxminən 30-50 manat qaldırmağı müzakirə edirlər.

Bakıda pilot layihələr üzrə aparılan tikinti işlərinin sürətlənməsi sementə təlabatı artırıb. Paytaxt rayonlarında köhnə binalar sökülərək yerində daha iri yaşayış kompleksləri tikilir.

Azərbaycanın sement istehsalçılarından birindəki mənbə bildirib ki, sementin bahalaşdığı barədə deyilənlər doğrudur. Yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyon 658,9 min ton sement istehsal olunub. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə təxminən 25% çoxdur. /“ Marja”

Şərhlər

Mühəndis B. 2018-01-08 11:15:34

İqtisadiyyata zidd və Bazar sorğusuna sərsəm münasibət. Əvvəla, əksər binalar cüzi dəmir-beton və qum-kərpicdən ibarətdir. Bir otaq üçün sərfiyyat da heç halda 3-5 min manatı aşmayıb. Buna görə də əhali Bakıda və Abşeronda saysız və rüşvətin sıxışdırdığı massivlər tikməyə məcbur olub. Sahibkarlar, banklar, ipoteka və dövlət özü də real qiymətlə tənzimləmə əvəzinə tikinti monopoliyasinı (dəyərindən azı 5-10 qat yüksək) "axillesa"ya qaldırıb! Çoxu daxilən kobud və boş qalan bəyənsə quşa yuva ola bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol