Kürdəmir rayonunun avtovağzalı satışa çıxarılıb. Lent.az xəbər verir ki, bu barədə elan saytlarında məlumat yerləşdirilib.
Fiziki şəxs tərəfindən verilən elanda avtovağzalın özəlləşdirildiyi və sahibi tərəfindən 1 milyon 300 min manata satışa çıxarıldığı qeyd edilib.
Elanda bildirilib ki, Bakı prospektində yerləşən avtovağzalın ərazisi ümumilikdə 125 sotdur və “kupça”sı var. Avtovağzalın ərazisində 2 mərtəbəli, 600 kvadrat metrlik bina da var.
Qeyd edək ki, bu obyekt Kürdəmirdəki yeganə şəhərlərarası avtovağzaldır.
[gallery columns="5" size="full" ids="384354,384355,384356,384357,384358,384359,384360,384361,384362,384363"]


Şərhlər