Menu

16 illik müxalifət partiyasından şok qərar - Hakim partiyanı dəstəkləyəcək

08.01.2018, 13:56
16 illik müxalifət partiyasından şok qərar - Hakim partiyanı dəstəkləyəcək

“Prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəyik”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Ölkənin Böyük Millət Məclisində təmsil olunan dörd partiyadan biri olan və 2002-dən indiyədək hakim Ədalət və İnkişaf Partiyasına qarşı müxalifət mövqeyindən çıxış edən D.Bahçeli bildirib ki, MHP prezidentliyə namizd irəli sürməyəcək: “Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyirinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm.

MHP-nin prezidentliyə namizdi yoxdur, partiyanın sədri namizəd olmayacaq. MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyi qərara alacağıq”.

Qeyd edək ki, Türkiyədə prezident seçkisinin 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilir.

Şərhlər

Bashirov Qarib 2018-01-08 13:56:51

Allah rehmet eylesin, Elchibey yada dushdu.Veten namine, musteqillik namine geri chekildi- qansiz, qadasiz hakimiyyet deyishikliyi bash verdi.Baxcheli de Turkiyenin istiqrari uchun duzgun olanaq iddialarindan el chekir.Goresen indi bizde adi, ciliz bir memur, bacarmadigini gorub geri chekilermi? Xalq namine , millet namine...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol