Menu

Qanunsuz sərnişin daşıyan mikroavtobuslara qarşı reydlər başlayıb

08.01.2018, 14:02
Qanunsuz sərnişin daşıyan mikroavtobuslara qarşı reydlər başlayıb

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.

Trend-in məlumatına görə, yanvarın 8-də səhər saatlarında növbəti reyd keçirilib.

Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb. Reyd zamanı 15 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və Sumqayıt Şəhər Nəqliyyat Departamentinin duracağına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol