Cəlilabad rayonunda mexaniki qaz sayğaclarının yeni ilin əvvəlindən sıfırlanmsı bu günədək başa çatmayıb.
Bu baradə məlumatı Azadinform-a yerli sakinlər veriblər. Cəlilabad Qaz İstismar İdarəsinin əməkdaşları ötən ilin dekabr ayında həyata keçirilməli olan əməliyyatı 2018-ci ilin yanvar ayında həyata keçirməyə başlayıblar.
Bu da abonentlərin narazılığı ilə qarşılanıb. Belə ki, sayğacın sıfırlaması zamanı 2018-ci ilin yanvarın 1-dən 9-a kimi istifadə olunmuş qaz sərfiyyatı 2017-ci il ərzində dekabrın 31-dək istifadə olunmuş kimi sənədləşdirilir. Bu fakt sakinlərə verilmiş qəbzlərdə də qeyd olunub. Təbii ki, belə olan halda nəzərdə tutlmuş qaz limitini keçmiş abonent üçün qiymətlər 10 yox, 20 qəpikdən hesablanır.
Əslində yanvar ayından qiymətlər ayrılmış limit çərçivəsində 10 qəpikdən hesablanmalı idi. Maraqlıdır ki, "Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev ötən gün TV-lərdən birinə verdiyi açıqlamasında ölkə ərazisində mexaniki sayğacların sıfırlanmasının başa çatdığını bildirmişdi.
Aşağıda təqdim etdiyimiz QƏBZ bu gün səhər alınıb və üzərində 31.12.2017-ci il tarixi göstərilib.



Şərhlər
Yalnız Cəlilabadda deyil, Respublikanin Bakı istisna olmaqla bütün bölgələrində bu günə olan tarix ötən ilin 31 kimi göstərilir və əlavə ödəniş tələb olunur.Bu da o deməkdir ki, təlimat elə Azərqazın özü tərəfindən verilib. Hüquqsuz millətik də neyləmək olar....
SOCAR qaz oyunu ilə dövlətin imicinə çox böyük zərbə vurur.Bu nədir?Dövlət qurumu əhali ilə uşaq kimi "evcik-evcik" oynayır.Elə ölkə iqtisadiyyatını zəiflədən də bu "ərköyünlük"lərdir.Əlbəttə,hökumət bu yaramazlığı ciddi nəzarətə götürməklə əhalinin etimadını doğrultmalıdır...
1 yanvar 2018-ci il tarixinə smart kart sayğacda 42 kub qalıq qaz var idi.Düşündüm ki,sayğacda olan qalıq avtomatik olaraq 84 kub olacaq.Çünki hər ilin əvvəlində limit yenilənnir.Çox təəssüflər olsun ki,ilin dəyişməsinə baxmayaraq qalıq 42 kub qaz 20 qəpikdən hesablandı.