Menu

“Babam Sarıqamışda donaraq şəhid olub” - Türkiyə prezidenti

09.01.2018, 15:43
“Babam Sarıqamışda donaraq şəhid olub” - Türkiyə prezidenti

“Kəndimizdəki bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı xatirələrini bölüşürdülər. Onlar deyirdilər ki, babamı tüfəngə sarılaraq, donduğunu görüblər”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.

Dövlət başçısı xatırladıb ki, bu gün Sarıqamış hərakatının 103-cü ildönümdür. R.T.Ərdoğan vurğulayıb ki, Sarıqamış bir qələbə, qəhramanlıq dastanıdır: “Ordumuz onda düşmənin deyil, təbiətin qarşısında aciz qalıb. Bu hərəkatda biz böyük bir bölümümüzü soyuğa qurban verdik. Rusiya ordusu onda cəbhədə 30 mindən çox hərbçisini itirmişdi. Kəndimizdə bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı deyirdilər: “Tüfəngə sarılaraq, donduğunu gördük”. Yaşadıqlarımızdan dərs almaq lazımdır. Mərhum babam da daxil omaqla Sarıqamışın bütün şəhidlərinə Allah rəhmət etsin”.

Şərhlər

t.ədalət 2018-01-09 15:43:50

Sarıqamış döyüşləri Türk tarixini şərəfləndirən bir hadisədir.Təəssüf ki həmin günlər rus və erməni tərəfə qoşulub türkləri qıran bəzi kürdlər də olub.Türk ordusunun qələbəsindən sonra həmin kürdlər rus hərbiçiləri ilə birlikdə ermənistana,daha sonra isə Gürcüstan ərazisinə qaçaraq azərbaycanlıların yaşadığı kəndlərə səpələnmişlər.Bu gün həmin kürdlərdən millətini danıb "türk"adı altında gizlənən bəzi "vətənpərvərlər"də var..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol